AZ

İsrail İranın gecə hücumlarında ölənlərin sayını açıqladı

Bazar ertəsi, iyunun 16-na keçən gecə İsrail xəstəxanaları İrandan endirilən yeni raket zərbələri nəticəsində yaralanan 287 xəstəni qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Qurumdan verilən məlumata görə, xəstəxanaya vəziyyəti ağır olan 1 nəfər, orta ağır 13 nəfər, yüngül xəsarətlərlə isə 240 nəfər daxil olub. Bundan başqa, 11 nəfər şok keçirib.

Xatırladaq ki, iyunun 16-na keçən gecə İran dörd ballistik raketlə hücuma keçib. Ən azı üç nəfər İranın atəşinin qurbanı olub. Daha sonra Beyt Tikvada yeraltı sığınacaqların dağıdıldığı və bunun 4 nəfərin ölümünə səbəb olduğu bildirilib.

Seçilən
13
publika.az

1Mənbələr