AZ

PSJ – "Atletiko Madrid" matçında azarkeş rekordu qeydə alındı

Klublararası dünya çempionatının ilk turunda keçirilən PSJ - "Atletiko" matçı azarkeş sayı ilə də diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, Paris təmsilçisinin 4:0 hesabı ilə qalib gəldiyi oyunu stadiondan 80 min 619 azarkeş izləyib.
 
Bu, komandaların cari mövsüm iştirak etdiyi matçlar üçün rekord göstəricidir.
 
Qeyd edək ki, ABŞ-da keçirilən turnirin digər oyunlarını daha az azarkeş izləyib. "Əl-Əhli" (Misir) - "İnter Mayami" (ABŞ) matçına 60 927, "Bavariya" (Almaniya) - "Oklend Siti" (Yeni Zelandiya) oyununa 21 152 izləyici gəlib.
Seçilən
15
2
moderator.az

3Mənbələr