AZ

Məşhur şirkətin varisi 92 yaşında öldü

Amerika kosmetika şirkəti "Estee Lauder"in təsisçilərinin oğlu, təxminən 40 ildir şirkətə rəhbərlik edən Leonard Lauder 92 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Leonard Lauder "altmış ildən artıqdır ki, biznesi Amerika mağazalarında çox brendli qlobal liderə çevirməyə kömək edən uzaqgörən və yenilikçi idi" məlumatda bildirilir.

Qeyd edək ki, Leonard Lauder 1958-ci ildən "Estee Lauder"də işləyib. Bu illər ərzində o, prezident (1972-1995), baş direktor (1982-1999) və direktorlar şurasının sədri (1995-2009) vəzifələrində çalışıb. Ömrünün son illərində şirkətin fəxri sədri olub.

Seçilən
25
43
publika.az

10Mənbələr