AZ

Qrossi: İsfahandakı nüvə obyektində 4 tikili zədələnib

BAKI, 16 iyun. TELEQRAF

İranın İsfahan şəhərində yerləşən nüvə obyektində dörd tikili zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, digər nüvə obyektlərində hər hansı bir zərər qeydə alınmayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.

Seçilən
23
teleqraf.com

1Mənbələr