AZ

Xameneinin müşaviri Əli Şamxani İsrailin raket hücumundan sağ çıxıb

İranın ali lideri Əli Xameneinin müşaviri Əli Şamxani İsrailin hava zərbələri nəticəsində ölməyib.
 
Bu barədə ISNA agentliyi xəstəxana əməkdaşına istinadən məlumat yayıb.
 
Bildirilir ki, Şamxani ağır xəsarətlər alsa da, hazırda müalicə olunur. Lakin son günlər ərzində onun səhhətində ciddi irəliləyiş müşahidə olunmayıb.
 
Qeyd edək ki, daha əvvəl Şamxaninin həlak olduğu bildirilirdi. O, ABŞ ilə aparılan danışıqlarda İran tərəfini təmsil edən nüvə proqramı üzrə nümayəndə heyətinin üzvü olub.
 
Xatırladaq ki, 13 iyuna keçən gecə İsrail "Oyanan şir" adlı əməliyyata başlayaraq İranın nüvə obyektlərinə zərbələr endirib. İran cavab olaraq raketlər buraxıb. Tərəflər artıq dörd gündür bir-birinə qarşı raket hücumları həyata keçirdir. /oxu.az/
 
Seçilən
23
moderator.az

1Mənbələr