AZ

İran daxili və beynəlxalq uçuş qadağasını yenidən uzadıb

İran daxili və beynəlxalq uçuşların dayandırılmasını iyunun 17-si saat 02:00-a qədər uzadıb.

Editor.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

“Ölkəmizin hava məkanı iyunun 17-si saat 02:00-a qədər (Moskva vaxtı ilə 01:30) bağlı elan edilib”, – məlumatda deyilir.

İsrail Müdafiə Qüvvələri (IDF) daha əvvəl İranın raket buraxılış qurğularının 33 faizini məhv etdiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslanın yüksəlişi” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu və yüksək rütbəli hərbi personalı hədəf alıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr