Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
“Prezident Ərdoğan İsrail-İran münaqişəsi ilə bağlı xarici liderlərlə bir sıra təmaslar keçirdiyini və Türkiyənin münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıtması üçün vasitəçi olmağa hazır olduğunu bildirib”, - məlumatda qeyd olunub.