Çin avtomobillərinə etibar edəkmi? Azərbaycanda sürətlə artan çin istehsalı olan avtomobillər barədə məlumatlı olmaq vacibdir.
Yenisabah.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Şahin Qasımov Ajans.az-a bildirib ki, vətəndaş doğru seçim edərsə, Çin avtomobillərinə etibar edə bilər. Doğru seçim dedikdə, niyyət səhv olarsa, avtomobildən vətəndaşa ziyan gələcək.
Vətəndaş özünə avtomobil seçərkən, onu nəyə görə istədiyini, ən çox hansı məqsədlər üçün istifadə edəcəyini yaxşı bilməlidir.
Ekspert deyib ki, bizim vətəndaşların çoxu ucuz qiymətli maşınla daha çox istismar istəyirlər. Çin istehsalı olanını seçərkən diqqətli olmaq lazımdır. Hibrid avtomobillər üçün uzun müddətli istismarı düşünmək olmaz. Onlar batareya ilə işləyirlər. Həmin batareyalar da maşına uzunmüddətli yanaşmağa icazə vermir. Elektrikli maşınlar çox sürülməsə belə onların müəyyən ömürləri var.
Vətəndaş plagin-hibrid avtomobil alıb 5-6 il sürməyi düşünürsə, bu çətindir. İlk olaraq, seçimi, növü düzgün seçmək lazımdır. İkincisi, ehtiyat hissələri kataloqunun ölkədə olmamasıdır. Bu da ehtiyat hissəsinin maşına uyğun gəlib-gəlmədiyini öyrənməkdə problem yaradır. Ehtiyat hissəsi olmayan maşında gələcək üçün problem yarada bilər.
Şahin Qasımov qeyd edib ki, maşınlar üçün texniki dəstək proqramı çox vacibdir. Ustaların əlində hər zaman müraciət edəcəkləri sistem olmalıdır. Vətəndaş da ora baxıb ehtiyat hissələrinin nəyin üzərində olduqlarını öyrənə bilərlər. Plagin-hibrid avtomobillər üçün bu təhlükəlidir. Əgər xətalı bir qoşma olarsa, gələcəkdə maşının yanması, partlaması və digər zədələr alması qaçılmazdır.
ETİBARSIZ ÇİN BRENDLƏRİ
Ekspertin sözlərinə görə, Çin avtomobillərində hansılarının etibarsız olduğunu demək düzgün deyil. Çünki etibarsız olması üçün onun mövcud olmaması lazımdır. Belə şey mümkün deyil.
YANA, PARTLAYA BİLƏR
Çində istehsal olunan bütün maşınlara görə yalnız istehsalçı şirkətlər məsuliyyət daşıyır. Ölkəmizdə olan avtomobil salonları, mağazaları bu maşınlara görə cavabdeh deyillər. İstehsalçı da o zaman məsuliyyət daşıyır ki, onun alan şəxslər ilə hansısa vədi olsun. Satan şirkətlərin heç biri məsuliyyət daşımır.
Nəticədə məsuliyyətsiz satış formalaşır. Bu da nasaz avtomobillərin artmasına səbəb olur. Belə maşınların da uzun ömürlülüyü, servisi, ehtiyat hissələri, texniki bazası olmur.
“Mən özüm də Çin maşınlarının almağının tərəfdarıyam. Özümün də idarə etdiyi avtomobildən biri Çin istehsalıdır. Amma niyyətli olaraq, almışam. 5-6 il sürdükdən sonra sağlam qalarsa, onu satacam. Mənim o maşından heç bir gözləntim yoxdur. Mənə görə benzinli Çin maşınları daha uzunömürlüdür. Onu 15 il də sürə bilərəm. Amma bu fikirləri hibrid haqqında deyə bilmərəm. Burada sistemin özünün ömrü var. Ona kiminsə yardım etməsi və ya çəkilən xərcə dəyərmi deyə dəqiq fikir bildirə bilmərəm.”- deyə Şahin Qasımov açıqlayıb.//Bizim.Media
Telegram kanalımız