AZ

Təhlükəsizlik qüvvələri israilli naziri Bakıdan belə təxliyə edib

İyunun 13-nə keçən gecə İsrailin İrana hücumu zamanı İsrailin Aliyə və İnteqrasiya naziri Ofir Sofer Bakıda olub. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

O, yəhudi gəncləri üçün seminarda iştirak etmək üçün Azərbaycana gəlibmiş. 

Daha sonra İsrailin hücumu planı dəyişib: o, iyunun 13-də yəhudi icması ilə yalnız bir tədbir keçirə bilib. Təhlükəsizlik xidmətləri ona hoteldən çıxmağı qadağan edib və gecə Afinaya təyyarə ilə göndərilib.

Yunanıstanın paytaxtından Larnakaya uçan Sofer, daha sonra Limassola gedib, oradan iyunun 15-nə keçən gecə yaxta ilə İsrailə qayıdıb.

Ağarza Elçinoğlu

Seçilən
9
1
unikal.az

10Mənbələr