AZ

İsrail diplomatı: İranla qarşıdurma hərbi yolla həll oluna bilər

İsrail İranla qarşıdurmanın hərbi yolla həllindən başqa real alternativ görmür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Qalperin TASS agentliyinə açıqlamasında bildirib.

Səfirin sözlərinə görə, münaqişənin diplomatik və ya danışıqlar yolu ilə həllinə dair hazırda heç bir real perspektiv mövcud deyil.

> “Əvvəlcə biz onları (İranı) məhv edəcəyik, sonra isə necə irəliləyəcəyimizi düşünəcəyik,” – deyə səfir Rusiya Federasiyasının bu münaqişənin həllində hansı rolu oynaya biləcəyinə dair suala cavab olaraq qeyd edib.

Simona Qalperin əlavə edib ki, mümkün danışıqların keçirilməsi və bu prosesdə iştirak edəcək tərəflərlə bağlı danışmaq hələ tezdir.

Seçilən
12
nocomment.az

1Mənbələr