Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində azərbaycanlı idmançı Rafael Fiziev "Qarabağ"ın bazasınını ziyarət edib.
"Football-plus.az" xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb.
Qurban Qurbanov döyüşçüyə "Qarabağ"ın “11” nömrəli formasını hədiyyə edib. Rafael Fiziev isə öz növbəsində Qurbanova UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziev və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta