AZ

Macarıstan Ukraynaya elektrik tədarükünü dayandırmaqla hədələyir

Macarıstan, Avropa Komissiyası Rusiyadan neft idxalına qadağa qoyacağı halda, Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Nazir bu bəyanatı Lüksemburqda keçirilən Aİ-nin energetika nazirlərinin iclasında verib. Onun sözlərinə görə, Macarıstan hazırda Ukraynanın elektrik enerjisi idxalının təxminən 40 faizini təmin edir.

> “Macarıstan Ukraynanın enerji təchizatında əsas rol oynayır. Əgər öz enerji təhlükəsizliyimiz və sabitliyimiz risk altına düşərsə, bu, Ukraynaya ixracımızın davamlılığına təsir göstərə bilər,” – deyə Siyarto vurğulayıb.

Seçilən
6
1
nocomment.az

2Mənbələr