İsrailin xeyrinə “casusluq”da ittiham olunan şəxs bu gün İranda edam edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İSNA məlumat yayıb.
Qeyd edilib ki, İrandan İsrailin kəşfiyyat agentliyi “Mossad”a casusluq etməkdə təqsirli bilinən İsmayıl Fikri bu gün asılaraq edam edilib.
Əlavə olunub ki, İsrailə “casus”luq edənlərin hər birini bu cəza gözləyir.
