AZ

Kompani “Oklend” Siti” üzərində darmadağını şərh etdi

“Bayern”in baş məşqçisi Vensan Kompani FIFA Klub Dünya Kubokunun 1-cu tur qrup oyununda “Oklend” Siti üzərində qələbəni şərh edib.

Arena.az məlumat verir ki, Almaniya nəhəngi Yeni Zelandiya təmsilçisini 10:0 hesabı ilə darmadağın edib.

Kompani matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“İndi bizə təriflər və ya bu qəbildən xüsuslar gərək deyil, biz sadəcə öz işimizi görürdük. Biz çox ciddi surətdə oynayırdıq. Biz etməli olduğumuzu icra etdik. Ola bilsin ki, bu qrupda vurululmuş və buraxılmış topların fərqi elə də vacib deyil. Rəqib komanda dərində oturub yaxşı müdafiə olunurdu, 10 qol vuracağımız bir yəqinlik deyildi. Bu gün biz daha artığını edə bilmədik. Ən parlaq məqam Camal Musialanın sıçrayışı idi ki, rəqibin zərbəsini əngəlləməyə qalxdı. Əgər siz bunu belə bir oyunda edirsinzsə, sizin yaxşı əsasınız var”, – FIFA-nın mətbuat xidməti 39 yaşlı belçikalı mütəxəssisdən sitat gətirir

1-ci turdan sonda “Bayern” “C” qrupunun yarış cədvəlində 3 xalla 1-ci pillədə qərarlaşıb. Xalsız “Oklend Siti” isə 4-cü pillədədir.

Bu qrupun 1-ci turunun digər oyununda Aregentina nəghəngi “Boka Xuniors” və Portuqaliya nəhəngi “Benfika” qarşılaşacaqlar.

Seçilən
57
arena.az

1Mənbələr