ain.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Leyptsiq” “Seltik”in yarımmüdafiəçisi Nikolas Kunun transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Şotlandiya klubu oyunçu satmaq istəmir. Ancaq 25 yaşlı futbolçu özü Bundesliqada oynamaq niyyətindədir. Bu səbəbdən də Kunun Almaniya klubuna transferi real görünür.
2024/25 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda “Seltik”in heyətində 51 matçda 21 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.