AZ

Britaniya hökuməti 116 illik tarixində ilk dəfə MI6-ya rəhbərliyi qadına həvalə edib

Böyük Britaniyanın baş naziri Keir Starmer Britaniya Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadının kəşfiyyat zabiti Bleyz Metrevelinin rəhbərlik edəcəyini açıqlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Metreveli payızda Riçard Muru əvəz edəcək və xidmətin 18-ci rəhbəri olacaq.

47 yaşlı Bleyz Metreveli hazırda MI6-nın texnologiya və innovasiyaya cavabdeh olan “Q” departamentinin baş direktoru vəzifəsində çalışır və əvvəllər MI6 və MI5-də (daxili təhlükəsizlik və əks-kəşfiyyat agentliyi) digər yüksək vəzifələrdə çalışıb.

Digər Britaniya kəşfiyyat orqanlarından fərqli olaraq, MI6-nın 1909-cu ildə yarandığı vaxtdan bəri başında heç vaxt qadın olmayıb. MI5-ə əvvəllər Stella Riminqton və Eliza Manninqem-Buller rəhbərlik edib.

Seçilən
13
25
nocomment.az

10Mənbələr