İsrail Ordusu Tehran əhalisinin şəhərin bir sıra rayonlarını dərhal tərk etməyə çağırıb.
Heftelik.az-ın xəbərinə görə, İsrail Ordusu şəhərin həmin rayonlarında hərbi infrastruktura zərbə endiriləcəyini bəyan edib.
Xəbərdarlıqdan qısa müddət sonra Tehranın qərbinə hava zərbəsi endirilib. Həmin bölgədə İran Ordusunun hərbi hissəsi olduğu bildirilir.