AZ

SON DƏQİQƏ: “Neftçi” daha bir legionerin transferini bitirdi

“Neftçi”nin növbəti transfer həmləsi müsbət həllini tapıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Samir Abasov israrla sərəncamında görmək istədiyi futbolçu ilə hərtərəfli razılıq əldə olunub.

Söhbət “Sumqayıt”dakı çıxışları ilə yadda qalan Cordan Rezabaladan gedir.

“Ağ-qaralar” Ekvadordan olan vingeri qış fasiləsində heyətə cəlb etmək istəsə də, bu, mümkün olmamışdı.

Xeyli vaxtdır gedən danışıqların sona çatdığını deyə bilərik. Rezabala Azərbaycana qayıtmağa və “Neftçi”nin formasını geyinməyə razılıq verib.

Klub növbəti həftə bu transferin anonsunu verəcək.

2024-cü ilin yanvarından 2025-ci ilin ikinci ayına qədər “Sumqayıt”ın şərəfini qorumuş 25 yaşlı futbolçu 30 oyunda 5 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

HƏBİB

Seçilən
24
2
sportinfo.az

10Mənbələr