AZ

“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə Azərbaycan 50 nəfərə yaxın heyətlə təmsil olunur

16-19 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində “Times Higher Education” (THE) reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə Azərbaycan 50 nəfərə yaxın heyətlə təmsil olunur.

“İki sahil” xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyinin iştirak etdiyi konqresdə Azərbaycanın 12 aparıcı universiteti dayanıqlı inkişaf sahəsində müsbət təcrübənin beynəlxalq auditoriyaya təqdim edilməsi üçün Azərbaycan pavilyonunda təmsil olunur.

Konqres çərçivəsində “THE University Impact 2025” reytinqinin nəticələri elan ediləcəkdir. Qeyd edək ki, Azərbaycan universitetlərinin sözügedən reytinqdə nəticələri ilə bağlı əhəmiyyətli müsbət dinamika gözlənilir.

Seçilən
3
9
ikisahil.az

10Mənbələr