AZ

İsrail Tehranın ətrafına və digər şəhərlərə yeni hava zərbələri endirdi

İsrail Müdafiə Ordusu (CAXAL) bu gün Tehranın ətraf ərazilərinə və İranın digər şəhərlərinə yeni hava zərbələri endirib.

KONKRET.az xəbər verir ki, hava hücumları əsasən strateji əhəmiyyətli obyektlərə və kommunikasiya mərkəzlərinə yönəlib. Zərbələrdən bir neçəsi Tehranın müəyyən rayonlarını əhatə edib. Qeyd olunan ərazilərdə İranın dövlət yayım şirkəti IRIB-in əsas studiyaları və ofisləri yerləşir. Burada dünyaya yayım edən Al-Aalem (ərəb dilində) və Press TV (ingilis dilində) kimi beynəlxalq kanalların mərkəzləri fəaliyyət göstərir.

Məlumata görə, CXAL (İsrail Müdafiə Qüvvələri) zərbələrdən əvvəl həmin bölgədə yaşayan əhalini evakuasiyaya çağırıb. Rəsmi Tel-Əviv bu əraziləri İranın “təbliğat və informasiya müharibəsi mərkəzləri” adlandırır və onların hərbi məqsədlərlə istifadə olunduğunu iddia edir.

İran tərəfi hələlik hücumlar nəticəsində baş verən dağıntılar və mümkün insan tələfatı ilə bağlı ətraflı açıqlama yaymayıb. Lakin yerli mənbələr ciddi dağıntıların olduğunu və bir neçə televiziya yayımının müvəqqəti dayandırıldığını bildirir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
3
1
konkret.az

10Mənbələr