AZ

İsrail İran dövlət televiziyasının binasını vurub

BAKI, TurkicWorld

İsrail, İran dövlət televiziyasının binasına zərbə endirib.

İsrail, İran İslam Respublikasının Teleradio Şirkətinin “Islamic Republic of Iran Broadcasting” (IRIB) yayım binasına zərbə endirib.

TurkicWorld xəbər verir ki, bu barədə qrumun verdiyi bəyanatda məlumat verilib.

Televiziyanın İctimaiyyətlə Əlaqələr Departamenti radio və televiziya yayımında mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı birbaşa yayım zamanı qeydə alınıb. Zərbədən sonra IRIB-in yayımı qısa müddətlik dayandırılıb.

Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
13
43
turkic.world

10Mənbələr