AZ

Bu şəhərdə meşəlik ərazilərə giriş qadağan EDİLDİ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyədə meşə yanğınları ilə mübarizə məqsədilə Bolu ərazisində meşəlik ərazilərə giriş 1 iyul - 30 sentyabr 2025 tarixləri arasında qadağan olunub.

Redaktor.az-ın məlumatına görə, Bolu Valiliyindən verilən açıqlamada bildirilib ki, meşə və təbiət parklarında yer ocağı yandırılmamaq şərti ilə saat 10:00-dan 20:00-a qədər ocaq, manqal, piknik qazı və samovar kimi avadanlıqlardan istifadə edərək piknik etmək icazəlidir.

Abant Milli Parkında isə yalnız göstərilən saatlar ərzində piknik qazı istifadəsinə icazə veriləcəyi qeyd edilib. Bildirilib ki, göstərilən yerlər və saatlardan kənarda meşə ərazilərində manqal, samovar kimi vasitələrin istifadəsi qəti qadağandır.

Kənan YUSİF 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
redaktor.az

2Mənbələr