Bakı.Trend:
"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “SozopolCup 2025” turnirinin qalibi olub.
Trend xəbər verir ki, “Qarabağ” Bolqarıstanda təşkil olunanyarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.
Təmsilçimiz bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran“Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahimfərqləniblər. Həlledici görüşdə qələbə qazanan komanda turnirinqalibi adına yiyələnib və kuboka sahib çıxıb.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan"Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.