AZ

Vatsap statuslarında reklam yerləşdirmək mümkün olacaq

Vatsap “Yeniliklər” (Updates) bölməsində iki yeni funksiyanın kanallar üçün abunəlik sistemi və statuslarda reklam yerləşdirmə imkanının sınaqlarına başlayıb.

Operativ Media xəbər verir ki, şirkətdən verilən məlumata görə, bu yeniliklər istifadəçilər və bizneslər arasında şəxsi yazışmalardan kənar əlaqə imkanlarını genişləndirmək məqsədi daşıyır.

Bununla belə, şəxsi mesajların məxfiliyinin tam qorunacağı xüsusi olaraq vurğulanıb.

Hazırda funksiyalar məhdud sayda istifadəçi üzərində test edilir.

Seçilən
25
operativmedia.az

1Mənbələr