AZ

Belarus vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olundu

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi uğurla başa çatdırılıb.

Demokrat.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar Belarus Respublikasının vətəndaşlarıdır.

Təxliyə olunan şəxslər əvvəlcədən müəyyən olunmuş sənəd və qayda tələblərinə uyğun şəkildə sərhəd yoxlamasından keçiblər. Yoxlamalardan sonra onların ölkə ərazisində təhlükəsiz hərəkəti üçün müvafiq nəqliyyat vasitələri ayrılıb və qrup paytaxt Bakı istiqamətində yola salınıb.

Seçilən
18
14
demokrat.az

10Mənbələr