Bakı. Trend:
"Neftçi" klubu hücumçu Dembo Darbo ilə yollarını ayırıb.
Trend-in klubdanəldə etdiyi məlumata görə, 26 yaşlı qambiyalı futbolçununmüqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin avqustunda "Neftçi"yə transfer olunanDarbo komandanın heyətində 19 rəsmi oyuna çıxıb və 5 qola imzaatıb.