AZ

"Fiorentina" Ceko ilə müqavilə imzalayıb

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı forvard “Fənərbağça”dan ayrılaraq “Fiorentina” ilə azad agent statusunda müqavilə imzalayacaq.

Mənbənin bildirdiyinə görə, Ceko “bənövşəyilər”lə bir illik müqavilə imzalayacaq və sözləşmədə əlavə uzadılma imkanı da yer alacaq.

Geridə qalan mövsümdə təcrübəli futbolçu bütün turnirlər nəzərə alınmaqla 53 matçda meydana çıxıb, 21 qola imza atıb və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Edin Ceko daha əvvəl “İnter”, “Roma”, “Mançester Siti” kimi nüfuzlu klubların formasını geyinib. “Fiorentina” isə son A Seriyası mövsümünü altıncı pillədə başa vurub.

Seçilən
13
90deqiqe.az

1Mənbələr