"Nant"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisi komandanı Luis Kastroya tapşırıb. 45 yaşlı portuqaliyalı mütəxəssis 2+1 illik müqavilə imzalanıb.
Kastro məşqçilik karyerası ərzində "Vitoria Gimarayeş", "Əl-Nəsr", "Panaitolikos" klublarında da işləyib.
Xatırladaq ki, "Nant" Liqa 1-in 2024/25 mövsümünü 13-cü pillədə başa vurub.