AZ

ABŞ Avropadakı bazalara 30-dan çox tanker təyyarəsi yerləşdirib

Bakı. Trend:

ABŞ Birləşmiş Ştatları bazar ertəsi günü kontinental ərazisindənAvropadakı hərbi hava bazalarına 30-dan çox yanacaq doldurma(tanker) təyyarəsi yerləşdirib.

Trend xəbər verirki, bu barədə "Military Watch Magazine" məlumat yayıb.

Avropalı aviasiya müşahidəçilərinin bildirdiyinə görə,transatlantik uçuşların ardından ABŞ Hərbi Hava Qüvvələrinin AvropaKomandanlığı tərəfindən İspaniyanın Moron və Rota, AlmaniyadakıRamşteyn, Böyük Britaniya və İtaliyadakı bazalara ümumilikdə ən azı32 hava tankeri göndərilib.

Məlumata əsasən, ABŞ-dən Avropaya KC-135T Stratotanker və KC-46APegasus tipli təyyarələr yerləşdirilib.

Qeyd olunur ki, bu təyyarələrin bir hissəsi Avropaya endikdənsonra Yaxın Şərq istiqamətində — ABŞ-nin Mərkəzi Komandanlığının(CENTCOM) məsuliyyət zonasına, Amerika qırıcılarının yerləşdiyiərazilərə uçub. Bu isə uzaqmənzilli hərbi əməliyyatlar üçün havadayanacaq doldurma ehtiyacını göstərir.

Seçilən
19
az.trend.az

1Mənbələr