Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Zaqatalada 5 yaşlı uşaq “KamAz”ın altında qalaraq ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, Muxax kənd sakini 5 yaşlı Elman Məcid oğlu Sulxayev “KamAz” markalı maşının altında qalıb.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mübariz Muradov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.