ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Zaqatalada 5 yaşlı uşağın üstündən yük avtomobili keçib.
Lent.az-ən məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzində baş verib.
5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev su daşıyan yük avtomobilin altında qalıb.
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.
Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.