AZ

Azərbaycanda maskalı şəxslər evə basqın etdi – 3 nəfər xəsarət aldı

  Qazaxda evə basqın edən maskalı şəxs (və ya şəxslər) 3 nəfərə xəsarət yetirib.

Referans “Report”a istinadən xəbər verir ki, hadisə Qazaxbəyli kəndində qeydə alınıb.

Maskalı şəxs (və ya şəxslər) mənzilə axşam daxil olub və ev sahibi, 1979-cu il təvəllüdlü Allahverdiyev Emin Yusif oğludan kiçik toy məclisindən yığılan pulları almağa çalışıblar. Bu zaman ev sahibini bıçaqlayıblar, həyat yoldaşına və övladına xəsarət yetiriblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.  

Seçilən
23
20
referans.az

10Mənbələr