AZ

“Beşiktaş” Zambo-Anqissanın transferi üçün israrlıdır

Türkiyənin “Beşiktaş” klubu “Napoli”nin yarımmüdafiəçisi Andre-Frank Zambo-Anqissanı heyətinə qatmaq üçün ciddi səylər göstərir.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 29 yaşlı futbolçu üçün son olaraq 18 milyon avro (bonuslarla birlikdə) təklif edib. Lakin “Napoli” bu təklifi yetərli hesab etmir. İtaliya klubu yalnız 18 milyon avronun sabit ödəniş kimi təqdim olunmasını və əlavə bonusların sonradan hesablanmasını istəyir.

Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə tərəflərin ortaq məxrəcə gəlməsi istisna edilmir.

Zambo-Anqissa başa çatan mövsümdə “Napoli”nin heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr