ain.az, Hurriyyet saytına istinadən bildirir.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitində mühüm və mübahisəli açıqlamalarla çıxış edib. Tramp Qərb liderlərini, xüsusilə keçmiş prezident Barak Obamanı və Kanada baş naziri Castin Trüdonu sərt şəkildə tənqid edib.
Tramp çıxışında bildirib ki, Rusiyanın “Böyük Səkkizlik” (G8) formatından uzaqlaşdırılması Qərbin ciddi səhvi olub:
“G7 əvvəllər G8 idi. Bunu Baraq Obama və adı Trüdo olan adam istəmədi. Onlar Rusiyanın bu masada olmasına qarşı idilər. Bu isə strateji səhv idi. Əgər Rusiya o dövrdə bu masada qalsaydı, bu gün bu müharibə olmazdı”, – deyə ABŞ prezidenti bəyan edib.
Tramp əlavə edib ki, Qərb ölkələri hazırda mütəmadi olaraq Rusiya barədə müzakirələr aparır, lakin bu ölkə artıq danışıqlar masasından kənarda saxlanılır:
“İndi siz bütün vaxtınızı Rusiya haqqında danışmağa sərf edirsiniz. Ancaq Rusiya bu masada yoxdur. Bu isə qərarların qəbulunu çətinləşdirir”.
Trampın bu bəyanatı Qərb liderləri arasında fikir ayrılıqlarını bir daha gün üzünə çıxarıb. Onun çıxışının videosu da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Həmin fraqmentin videosunu rus dilində alt yazı ilə təqdim edirik.
Musavat.com
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.