AZ

AB-də əmək xərcləri 4,1 faiz artıb

Avropa Statistika İdarəsi (Eurostat) bu gün əmək haqqı məlumatlarını ictimaiyyətlə paylaşıb.

Məlumata görə, bu ilin birinci rübündə saatlıq əmək haqqı Avropa Birliyi (AB) ölkələrində illik bazda orta hesabla 4,1 faiz, Avro bölgəsində isə 3,4 faiz artıb.

Bundan əlavə, əmək xərclərinin illik artımı son 4 rübdə həm AB ölkələrində, həm də Avrozonada tədricən azalaraq 2022-ci ilin 3-cü rübündən bəri ən aşağı səviyyəyə düşüb.

Əmək məsrəfləri əmək haqqı və əmək haqqı olmayan xərc komponentlərindən ibarətdir. Bu çərçivədə AB ölkələrində maaş xərcləri yüzdə 4,2, maaşdankənar xərclər isə yüzdə 3,8 artıb. Avrozonada hər iki komponent 3,4 faiz artıb.

AB ölkələrində əmək xərclərinin ən çox artdığı iqtisadi fəaliyyətlər – 7,4 faiz peşə, elmi və texniki fəaliyyət, 6 faiz daşınmaz əmlak və 5,5 faiz tikinti fəaliyyətidir.

Avrozonada xərclərin ən çox artdığı iqtisadi fəaliyyətlər yüzdə 7,4 ilə peşə, elmi və texniki fəaliyyətlər, yüzdə 6,1 ilə daşınmaz əmlak və yüzdə 5,8 ilə su və tullantıların idarə edilməsi fəaliyyətləri olub.

***

Əvvəlki ilin eyni rübünə görə saatbaşı əmək xərclərinin ən çox artdığı ölkələr yüzdə 16,1 ilə Rumıniya, yüzdə 13,5 ilə Xorvatiya və yüzdə 13 ilə Bolqarıstan olub.

Xərclərin ən az artdığı ölkələr 1,6 faizlə Malta və yüzdə 1,9 ilə Fransa olub.

Seçilən
15
vaxt.az

1Mənbələr