AZ

Rza Pəhləvi Vaşinqton kulislərində ciddi adam kimi qarşılanmır - ŞƏRH

İxtisasca sosial fəlsəfə tarixçisiyəm. İdeologiyaya söykənən İran molla rejimini Güney Azərbaycan məsələsinə görə gəncliyimdən bəri izləyirəm. İsrailin İranın hərbi qüdrətini sıfırlamasından sonra molla rejiminin süqut edəcəyinə heç bir şübhəm yoxdur. Odur ki, bir neçə məsələ barədə rəyimi sizlərlə bölüşmək istəyirəm.
Hazırda hər nə qədər qəribə görünsə də, İranda ABŞ-la dil tapmağa ən çox can atan Ayətullah Xəmneyidir. Xəmneyi teokratik rejimi xilas etmək üçün oğlunu iqtidara gətirməyə, bunun üçün də Trampla anlaşmağa çalışır. Pəhləvilərin qayıtmasına "Ağ ev" o qədər də isti baxmır, amma tam istisna da etmir. ABŞ-ın Mərilənd şəhərində yaşayan Rza Pəhləvi Vaşinqton kulislərində ciddi adam kimi qarşılanmır.

Güney Azərbaycan hərəkatının ən əsas vəzifəsi həm Xəmneyilərin, həm də Pəhləvilərin planını pozmaq olmalıdır. Oğul Xəmneyinin gəlişi Güney Azərbaycana heç bir milli hüquq vəd etmədiyi kimi, Pəhləvilərin dönüşü də bütün arzularının birdəfəlik dəf olunması anlamına gələcək. Güneyin bundan başqa və bir daha heç bir şansı olmayacaq.

Güney Azərbaycan hərəkatı qaçılmazdır. Qüvvələr toparlanan kimi, üç əsas hədəf müəyyənləşdirəcəklər:

1) Minimum: İranı DÜNYƏVİ respublika kimi qorumaqla iki rəsmi dili olan dövlətə çevirmək.
2) Orta: İki rəsmi dili olan dövlət kimi İranı federasiyalaşdırmaq.
3) Maksimum: milli istiqlaliyyət.

Bu prosesi nə qədər apara biləcəklər, necə apara biləcəklər, hansı hədəfi reallaşdıra biləcəklər, şərtlərdən və özlərindən asılı olacaq. Necə deyərlər, güc doğana düşər! Mənim arzum Güney Azərbaycanlılara bəslədiyimiz ümidlərin doğrulması, minimum itki ilə soydaşlarımızın öz müqədərratını təyin etmək üçün referenduma getmələri, milli istiqlala qovuşmalarıdır.

Fəqət bütün hallarda molla rejiminin iflası bizim üçün geopolitik avantajlar yaradacaq.

Birincisi, hərbi qüdrəti sıfırlanmış İran gündə "şirin quyruğu"nu əlinə alıb üstümüzə gəlməyəcək, üzümüzə bozarmayacaq.

İkincisi, Tehran Ermənistana heç bir halda əvvəlki qədər dəstək verə bilməyəcək.

Seçilən
11
aznews.az

1Mənbələr