AZ

Dani Alves keçmiş həyat yoldaşı ilə məhkəmə işini qazandı

“Barselona”nın braziliyalı keçmiş sağ cinah müdafiəçisi Dani Alves keçmiş həyat yoldaşı Dinora Santanaya qarşı məhkəmə işini udub.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

Barselona məhkəməsi Dinora Santananın Daniel Alvesə qarşı irəli sürdüyü nəfəqə (aliment) haqqının ödənilməməsi ittihamını əsassız hesab edib.

Santana iddia edirdi ki, keçmiş futbolçu 2012-ci ildə mükəlləf edildiyi nəfəqə haqqının ödənişini yerinə yetirməyib. Məhkəmə işə baxaraq, Santanan iddiasını rədd edib və Daniel Alvesin bu məsələdə haqlı olduğu qənaətinə gəlib. Yekun hökm Daniel Alvesin öhdəsinə düşmüş bütün mükəlləfiyyəti yerinə yetirdiyini təsdiqləyib.

Məhkəmə araşdırmasının yekunlarına görə, daha əvvəl Daniel Alvesdən işin gedişində tutulmuş 628 min avro məbləğində vəsait futbolçuya qaytarılacaq. Həmçinin məhkəmə Dinora Santananı məhkəmə xərclərini ödəməyə mükəlləf edib.

Xatırladaq ki, Dani Alves və Dinora Santana 2008-ci ildən 2011-ci ilə qədər nikahda olublar. Keçmiş cütlüyün Viktoriya və Daniel adlı iki ümumi övladı var.

Seçilən
13
arena.az

1Mənbələr