AZ

Üçüncü Dünya müharibəsinə çox yaxınıq

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Polşa xarici işlər nazirinin keçmiş müavini, Seym üzvü Pavel Koval yeni dünya müharibəsinin əhəmiyyətli risklərindən danışıb.

"Unikal" xəbər verir ki, onun sözlərini "Do Rzeczy" portalı sitat gətirir. 

"Biz yeni dünya müharibəsinin astanasındayıq. Buna heç bir şübhəm yoxdur. 1944-cü ildən bəri heç vaxt bu dinc siyasi sistemin sonuna bu qədər yaxın olmamışıq. Biz bunu hər gün görürük", - Koval deyib.

Onun sözlərinə görə, hazırda dünyada gedən münaqişələr “çox genişmiqyaslı və yüksək intensiv xarakter daşıyır”. Siyasətçi qeyd edib ki, qloballaşma şüarı ilə inkişaf edən beynəlxalq sistem artıq başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
unikal.az

1Mənbələr