AZ

Avstriya Ukraynaya silah verməyəcək SƏBƏB

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Avstriya Ukraynaya hərbi yardım göstərmək imkanına malik deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Avstriya Prezidenti Aleksander Van der Bellen Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı səsləndirib.

“Avstriyanın hərbi xərcləri hazırda ÜDM-in cəmi 1 faizini təşkil edir. Bu da göstərir ki, öz ordumuzu gücləndirmək üçün hələ çox iş görməliyik. Bu rəqəm onu da göstərir ki, istəsək belə, Ukraynaya hərbi yardım göstərə bilmərik – çünki hərbi potensialımız kifayət etmir”, – deyə Avstriya Prezidenti bildirib.

Buna baxmayaraq, Van der Bellen qeyd edib ki, Avstriya siyasi baxımdan Ukraynanı dəstəkləyir.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
globalinfo.az

1Mənbələr