AZ

Şirvanda yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
8
5
unikal.az

4Mənbələr