AZ

Şirvanda yaşayış binasında yanğın başlayıb - YENİLƏNİB2

Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda əlavə məlumat veriləcəyi bildirilib.

***

00:41

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

00:12

Şirvanda ikimərtəbəli çoxmənzilli bina yanır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə köhnə şəhər massivində Gülbala Şıxbala oğlu küçəsində yerləşən ikimərtəbəli binada baş verib.

Binanın dam örtüyündə başlayan alov bütün binanı bürüyüb. Hazırda FHN Şirvan Yanğından Mühafizə hissəsinin avtomobil və canlı qüvvəsi yanğının söndürülməsi üçün hadisə yerinə cəlb olunub.

Şirvanda Şirvanda Şirvanda Şirvanda
Seçilən
0
4
apa.az

8Mənbələr