AZ

Tramp telefon satacaq FOTO

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Qlobal miqyasda ticarət müharibələrini başladan və iynədən ipliyə qədər hər şeyə əlavə gömrük vergiləri tətbiq edən ABŞ Prezidenti Donald Trampın şirkəti yeni planını elan edib.

Trampın sahibi olduğu "Tramp Organization" ağıllı telefon istehsal edəcək.

Mobil texnologiyalar sahəsində fəaliyyət göstərmək istəyən "Tramp Organization", telefonun qiymətinin 499 dollar olacağını bildirib.

Telefon sentyabr ayında satışa çıxarılacaq.

Tramp Mobile adlı yeni xidmət rəsmi veb saytına görə, aylıq 47,45 dollar məbləğində bir planla məhdudiyyətsiz danışıq, SMS və internetin yanaşı, yol yardımı və “Tele-Tibb və Aptek Yardımı” xidmətləri də təklif edəcək.

T1 MODELİ SATIŞDA OLACAQ

Donald Trampın sahibi olduğu şirkət həmçinin, Amerika bayrağı təsvir edilmiş qızılı rəngli metal korpusa malik “T1” adlı ağıllı telefon modelinin də satışda olacağını açıqlayıb.

TELEFONUN TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

6.8 düym AMOLED ekran

120 Hz yeniləmə tezliyi

50 meqapiksel kamera

5000 mAh batareya

Barmaq izi və üz tanıma sensoru olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sherg.az

2Mənbələr