AZ

Ələt-Astara yolunda QƏZA: Xəsarət alan var

Köhnə Ələt - Astara magistralında yol qəzası olub.

Demokrat.az xəbər verir ki, hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107' markalı minik avtomobili ilə "QAZel" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Vüsal Əhməd oğlu İsrafilov xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb.

Seçilən
785
50
demokrat.az

10Mənbələr