AZ

Gülməyin sağlamlığa faydaları

Gülmək insan sağlamlığına bir çox cəhətdən müsbət təsir edir.

Azreform.info xəbər verir ki, bu barədə "Publimetro" nəşri mütəxəssislərə istinadən məlumat yayıb.

Həkimlərin sözlərinə görə, gülüşün sağlamlığa həm qısamüddətli, həm də uzunmüddətli faydaları mövcuddur. Qısamüddətli təsirlər arasında bədən və orqanların oksigenlə daha yaxşı təmin olunması, stresə reaksiyanın azalması, qan dövranının yaxşılaşması və əzələlərin rahatlaması qeyd olunur.

Uzunmüddətli təsirlər isə daha əhəmiyyətlidir. Mütəxəssislər bildirirlər ki, gülüş ağrını azalda, immun sistemini gücləndirə, əhval-ruhiyyəni yaxşılaşdıra və psixi pozuntuların riskini azalda bilər.

Bu səbəbdən həkimlər insanlara mümkün qədər tez-tez gülməli şəkillər, memlər, filmlər, jurnallar izləməyi, eləcə də internetdə zarafatlar və gülməli videolar paylaşan saytları izləməyi tövsiyə edirlər.

Həmidə İbrahimova

Seçilən
3
4
azreform.info

5Mənbələr