AZ

DTN miqrantların geniş şəkildə saxlanmasının bərpasını əmr edir WP

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) kənd təsərrüfatı sektorunda, eləcə də otel və restoran biznesində çalışan qeyri-qanuni miqrantların saxlanmasının bərpası barədə göstəriş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, iyunun 16-da DTN işçilərə məlumat verib ki, fermalarda, eləcə də otel və restoranlarda immiqrasiya reydlərinin dayandırılması ilə bağlı ötən həftə verilmiş əmri ləğv edir.

"Zorakı cinayətkarları saxlayan və ya İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin işinə qəsdən xələl gətirən bizneslər üçün təhlükəsiz sığınacaq olmayacaq", - deyə Daxili Təhlükəsizlik katibinin köməkçisi Trişa Maklaflin bildirib.

Yanvarın 20-də vəzifəyə gəldikdən sonra Tramp dəfələrlə daha sərt immiqrasiya siyasətinin aparılmasını tələb edib, lakin prezident administrasiyası əvvəllər kənd təsərrüfatı sektorunda, eləcə də otel və restoran biznesində çalışan qeyri-qanuni mühacirlərin saxlanmasının dayandırılması barədə göstəriş verib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr