AZ

Makron Trampın Rusiyaya qarşı sanksiyalar məsələsinə müsbət qərar verəcəyinə inanır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron iddia edir ki, o, amerikalı həmkarı Donald Trampdan Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsi baxımından “nisbətən müsbət” siqnallar alıb.

Bizimyol.info xəbər verir ki, Kanadada keçirilən G7 sammiti ərəfəsində Fransa lideri jurnalistlərə deyib ki, o, Ağ Evin rəhbərinə Amerikanın Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin irəliləməsinə icazə verib-verməyəcəyini soruşub.

"O, nisbətən müsbət cavab verdi, bu mənim üçün yaxşı xəbər oldu", - deyə Makron bildirib.

Daha əvvəl Tramp bildirmişdi ki, o, Ukrayna ilə bağlı razılığa gəlmək ümidi ilə Moskvaya qarşı sanksiyaları sərtləşdirmək istəmir, çünki anti-Rusiya məhdudiyyətləri Qərbə milyardlarla dollara başa gəlir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
bizimyol.info

1Mənbələr