AZ

Rezidenturaya qəbul olan ən çox qızlardır - STATİSTİKA

Rezidenturaya sənəd verənlərin 549 nəfərini əsas (baza ali) tibb təhsilini cari ildə başa vuranlar (44.08%-i oğlanlar, 55.92%-i qızlar) təşkil edib.

 

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

 

Tibb təhsili istiqamətləri üzrə onların paylanması belədir: Müalicə işi, pediatriya - 458 nəfər, stomatologiya- 50 nəfər və tibbi profilaktika- 41 nəfər. Cari ilin məzunlarından qəbul imtahanının I mərhələsində 330 (bundan əlavə, 216 nəfər əvvəlki illərdə tələbə kimi imtahanın I mərhələsindən “məqbul” qiymət alıb), II mərhələsində isə 317 nəfər iştirak edib və onların 253-ü (istiqamətlər üzrə, müvafiq olaraq 219, 11 və 23 nəfər) rezidenturaya qəbul olub. Cari il məzunlarının rezidenturaya qəbulolma göstəriciləri tam seçməyə nəzərən yüksək olub – 46.08%. Rezidenturaya qəbul olan məzunların 42.29%-ni oğlanlar, 57.71%-ni isə qızlar təşkil edib.

 

Əsas (baza ali) tibb təhsili istiqamətləri üzrə rezidenturaya sənəd verən və qəbul olan oğlan və qız namizədlərin sayı barədə məlumat 3.11 saylı cədvəldə göstərilib. Rezidenturaya sənəd verən və qəbul olan namizədlərin seçimlərində oğlan və qızların sayca nisbi çəkilərində qismən dəyişiklik baş verib. Belə ki, rezidenturaya sənəd verən namizədlərin 40.31%-ni oğlanlar, 59.69%-ni qızlar təşkil etdiyi halda, qəbul olanlar seçimində namizədlərin 34.11%-i oğlanlar, 65.89%-i isə qızlardır.

 

Ümumiyyətlə, 2024-cü ildə rezidenturaya qəbul olmaq üçün sənəd verən qız namizədlərin rezidenturaya qəbulolma göstəriciləri (39.84%) oğlan namizədlərin qəbulolma göstəricilərindən (30.54%) yüksəkdir.

Seçilən
11
1
azedu.az

2Mənbələr