AZ

Qrossi: Natanz zavodundakı sentrifuqlar çox güman ki, məhv edilib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi 16 iyun tarixində təsdiqləyib ki, İranın Natanz şəhərində yerləşən uranın zənginləşdirilməsi zavodundakı sentrifuqlar İsrailin hava hücumları nəticəsində “ciddi zədələnib və ya tamamilə məhv edilib”.

Bizimyol.info xəbər verir ki, Qrossi bu barədə BBC-yə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, genişmiqyaslı dağıntılara əsas səbəb elektrik enerjisinin qəfil kəsilməsi olub. 13 iyun tarixində İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş zərbə nəticəsində zavodun yerüstü infrastrukturu dağıdılıb.

“Bizim qiymətləndirməmizə görə, xarici enerji təchizatının qəfil dayanması nəticəsində sentrifuqların ciddi zərər görməsi, hətta tam sıradan çıxması ehtimalı yüksəkdir”, – deyə Qrossi bildirib.

O əlavə edib ki, yeraltı zal birbaşa hədəf alınmasa belə, elektrik enerjisinin itirilməsi fəlakətli nəticələr doğurub.

Qrossi, eyni zamanda, İsfahan şəhərindəki nüvə texnologiyaları mərkəzində yerləşən və uranın emalı üçün mühüm əhəmiyyət daşıyan dörd binanın da dağıldığını təsdiqləyib.

Daha öncə, həm İsrail rəsmiləri, həm də Atom Enerjisi Agentliyi nümayəndələri "The Wall Street Journal" nəşrinə bildiriblər ki, Natanz zavodundakı sentrifuqlar artıq istismar üçün yararsız vəziyyətə düşüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
bizimyol.info

1Mənbələr