AZ

Tramp komandasına İran rəsmiləri ilə görüşməyi tapşırdı

ABŞ Prezidenti Donald Tramp komandasının üzvlərinə İsrail və İran arasında davam edən münaqişə fonunda İran rəsmiləri ilə mümkün qədər tez görüşməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“Tramp komandasının üzvlərinə İran rəsmiləri ilə qısa zamanda görüşməyə çalışmağı tapşırıb”, – telekanal mənbəyə məlumat yayıb.

Məlumata görə, Tramp iranlılarla vasitəçilərin köməyi ilə təmasların bazar ertəsi baş verdiyini etiraf edib.

Kanadada keçirilən G7 sammitində Avropa liderləri ilə söhbətində Tramp həmkarlarına deyib ki, İsrail və İran arasında atəşkəsə nail olmaq üçün müzakirələr gedir. CNN qeyd edib ki, prezident Tehranın İsraillə münaqişəni həll etmək üçün diplomatiyaya ciddi yanaşdığını müəyyən etməyə çalışır.

Seçilən
0
3
konkret.az

4Mənbələr