AZ

Tehran öz şərtni açıqlayıb | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Washington Post (WP)” nəşrinin yazdığına görə, İranın nümayəndələri vasitəçilərə yalnız İsrail hücumlarını dayandırdıqdan sonra ABŞ ilədanışıqları bərpa etməyə hazır olduqları mesajını ötürüblər.

“İsraillə İran arasında atəşkəs üzrə danışıqlara başlamaq səylərinə Qətər və Oman rəhbərlik edib”,- qəzet bildirir.

Tramp Xamneyinin öldürülməsinə icazə verməyib| VİDEO
“The New York Times (NYT)” nəşri, öz növbəsində, xəbər verir ki, Ağ Ev rəhbəri xüsusi elçisi Stiven Uitkoffa və vitse-prezident Cey Di Vensa bu həftə İran rəsmiləri ilə görüşməyi təklifedib.

“CNN” telekanalı isə, Trampın öz komandasına İranın təmsilçiləri ilə tezliklə görüş təşkil etməyi tapşırdığı barədə məlumat yayıb.

Xatırladaq ki, iyunun 13-də İsrailin ordusu İranın nüvə silahı infrastrukturuna və yüksək rütbəli hərbçilərinə hücumundan sonra İsrail və İran bir-birinin ərazilərinə qarşılıqlı şəkildə raket zərbələri endirirlər.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
23
1
azvision.az

2Mənbələr